“ATC air Trade Centre Havalandırma Sistemleri Sanayi ve Ticaret Anonim Şirketi”-nin Azərbaycan Respublikasındakı nümayəndəliyi açılıb.
Banker.az-ın xəbərinə görə, nümayəndəliyin qanuni təmsilçisi Niderland Krallığının vətəndaşı olan Kiliç Gebro-dur.
Qeyd edək ki, nümayəndəliyin hüquqi ünvanı AZ1042, bakı şəhəri Suraxanı rayonu, Səttar Bəhlulzadə Ev.4, döngə 17.-dir.
Bildirək ki, bu şirkət İstanbul şəhərində mərkəzi ofisi yerləşməklə Türkiyənin 7 böyük şəhərində filialları vardır. Şirkət əsasən elektirik malları istehsal edir.







