Mərkəzi Nəbatat Bağında işıq şousuna 5 milyon manat xərclənəcək

“Bakı Şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyəti Mərkəzi Nəbatat Bağının ərazisində vizual effekt yaratmaq məqsədilə işıq şou instalyasiyası üçün lazımi avadanlıq və malların satın alınması üzrə tender müsabiqəsi elan edib.

Banker.az xəbər verir ki, satınalmanın ehtimal olunan qiyməti 4 774 257 manat təşkil edir.

Müsabiqə şərtlərinə görə, satınalma çərçivəsində xarici işıqlandırma qurğuları və müvafiq aksesuarların təmin edilməsi nəzərdə tutulur.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər