12 C
Baku
Wednesday, December 11, 2024

Məşğulluq paradoksu: niyə həyatımızı sonraya saxlayırıq?

Ness Labs-ın qurucusu Enn-Laura Le Kanf xatırladır ki, iş – həyatda olan ən vacib şey deyil.

“Necəsən?”, – bir dostum məndən soruşdu. “Məşğul, amma bir azdan fasilə edəcəyəm”, – ona cavab verdim.

Bu yaxınlarda hər dəfə kimsə məndən “Necəsən?” soruşanda eyni cavab verdiyimi müşahidə etdim. “O qədər iş var idi ki. Ümid edirəm, gələn həftə daha yaxşı olacaq”. Daim məşğul olmaq məhsuldarlıq illüziyasını yaradır və ilk baxışdan hər şeyin yaxşı olduğu görünür. Ancaq həyatdan zövq almaq üçün çox məşğul deyilikmi?

Təəssüf ki, bəzi insanların başqa bir yolu yoxdur. Təhsil haqqını ödəmək üçün yarım gün işləyən tələbələr, krediti bitirmək üçün iki işdə işləyən valideynlər – heç də hər kəs vaxtını istədiyi şəkildə idarə etmək imkanına sahib deyil. Bununla yanaşı, bir çox insanın bu fürsəti olsa da, onlar yenə də özlərinə sual vermədən bir tapşırıqdan digərinə keçməyə tələsirlər. Oturun və düşünün: məşğul olduğunuz işdən həqiqətən xoşunuz gəlir, yoxsa o sizə həyatdan zövq almağa mane olur?

Tədqiqatlar göstərir ki, insanlar məşğul görünmək üçün əllərindən gələni əsirgəmirlər. Hyuston Universitetinin professoru Brene Braun “ağılsız məşğulluğu” həqiqətlə üzləşməmək üçün istifadə etdiyimiz bir strategiya hesab edir

Biz boş durmaqdan qorxuruq, çünki bu halda həyatdan nə istədiyimizi və indiki dövrdə nələrin baş verdiyini düşünməli oluruq. Bəzən bu boşluq o qədər böyükdür ki, təkərdə qaçan dələ qalmağa üstünlük veririk.

Məşğul olmaq – müdafiə mexanizmidir. Öhdəliklər, son tarixlər, tapşırıqlar siyahısı… Bütün bunlar bizə düzgün (və ya hər hansısa bir) istiqamətdə hərəkət etdiyimizi hiss etməyə imkan verir. Ancaq düşünmədən həll etdiyimiz tapşırıqlar çox vaxt durğunluğa səbəb olur. İlin sonunda köhnə işlər siyahısına qürurla baxıb “Vau, bütün bunları bu il etdimmi?” düşünürük.

İnkişafı kəmiyyətlə ölçməkdənsə, işin keyfiyyətini nəzərə almalıyıq. Unutmayın ki, təkcə nəticənin deyil, həm də zehni və fiziki rifaha təsirin keyfiyyəti də vacibdir. “Bu iş məni intellektual fəaliyyətə ruhlandırırdımı? Yeni bir şey öyrəndimmi? Maraqlı insanlarla ünsiyyət qurmaq imkanını qazandımmı?” Bunlar iş həyatımızın böyük hissəsini tutduqda özümüzə verməli olduğumuz suallardır.

Heraklit deyib: “Bir çaya iki dəfə girmək olmaz”. Vaxt çay kimidir. Əgər həyatdan zövq almaq (dostlarınız və ailənizlə vaxt keçirmək, gitara çalmağı və rəsm çəkməyi öyrənmək, düşərgəyə getmək, özünə dadlı bir şey bişirmək və s.) üçün çox məşğulsunuzsa, bu anlar keçəcək və siz onları heç vaxt geri qaytara bilməyəcəksiniz.
Siz artıq çox gec olduğunu düşünə bilərsiniz. Elə deyil. Bir çoxları kimi mən də vaxtın sürətlə keçdiyinə görə narahatam və yeni bir şeyə can atmağın gec olduğu fikrini təkrar edirəm. Lakin, əslində, hələ uzun illər var. Gələcək özünüzə verə biləcəyiniz ən böyük hədiyyələrdən biri də “sərf olunan vaxtın” sizin üçün nə demək olduğunu müəyyənləşdirmək və bu anlar üçün yer ayırmaqdır.

Növbəti dəfə yeni bir şey öyrənmək istədikdə və ya dostlar sizə nəsə etməyi təklif etdikdə, “mən çox məşğulam” deməyin. Düşünün: həqiqətən çox məşğulam? Və bu işlər uzunmüddətli perspektivdə dostlarla görüşmək kimi xoşbəxt anlar qədər dəyərlidir?

Bəlkə, həqiqətən maraqlı bir layihə üzərində işləyirsiniz – bu normaldır. Ehtirasla məşğul olduğunuz fəaliyyətlər çox faydalıdır. Ancaq əgər “mən çox məşğulam” sizin daimi cavabınıza çevrilirsə, bu qədər müddət ərzində məşğul olmağın mümkün olub-olmadığını düşünün.

Əgər bu belədirsə, çox şanslısınız. Ancaq adətən alternativ variantı heç düşünmürük, çünki işdən yorulmuşuq. Əyləncəli fəaliyyətlə məşğul olmaq – yaxşıdır. Həyat, yaxınlarınız və öz inkişafınız üçün əbədi olaraq məşğul olmaq – pisdir. Əgər seçim etmək imkanınız varsa, bu şansdan maksimum dərəcədə istifadə edin.

Son xəbərlər
Digər xəbərlər