8 C
Baku
Friday, December 13, 2024

Məşhur bank neft qiymətinin növbəti dəfə enməsini istisna etdi

Credit Suisse bankı neft qiymətlərinin növbəti dəfə enməyəcəyindən əmindir. Bankdan bildirilən məlumata görə, hətta OPEC-ə daxil olmayan ölkələrdə belə neftə tələbat sabitləşib və əsas odur ki, Səudiyyə Ərəbistanına qiymətləri cari səviyyədə saxlamaq sərfəlidir. 

Səudiyyə Ərəbistanından olan neft istehsalçıları neft emalının 12%-nə nəzarət edir. Neft qiymətinin endiyi son ildə Səudiyyə Ərəbistanı bazar payını qoruyub saxlamağa və 1980-ci illlərdə yaşadığı təcrübədən qaçmağa çalışır. Bu zaman ölkə yüksək qiymətləri qoruyub saxlamaq üçün emalı 70%-ə qədər azaltmağa məcbur olmuşdu. Ola bilsin, ərəbistanlı istehsalçılar məhz cari qiymətlərlə öz istədiklərinə nail olduqlarını düşünürlər.

Credit Suisse analitiklərinin neftin qiymətinin enməyəcəyini düşünməsinə səbəb olan digər variantlar da mövcuddur. Onlar OPEC-ə daxil olmayan ölkələrin neft təkliflərinin sabitləşməsini yaxşı əlamət kimi dəyərkəndirirlər. EAI məlumatlarına görə, bu ilin IV rübündə OPEC-ə daxil olmayan ölkələrdə neft emalının artım həcmi illik bazada neft emalı həcmini geridə qoymayacaq. Son 3 ildə bu ölkələrin təklif etdiyi artım həcmi dünya tələbatının artım tempini geridə qoymuşdur.

Son xəbərlər
Digər xəbərlər