14 C
Baku
Saturday, April 27, 2024

Məşhur brendlərin ən uğursuz sloqanları

Parker şirkəti öz yeni diyircəkli qələmlərini Meksikaya təqdim etdikdə onun elanı belə səslənməli idi: “Bunun mürəkkəbi sizin cibinizə axmayacaq və sizi utandırmayacaq”. Lakin şirkətin sloqanı qeyri-düzgün tərcümə sayəsində bu formaya düşmüşdü: “Bunun mürəkkəbi sizin cibinizə axmayaraq sizi qidalandırmayacaq”.

Coors şirkəti öz yeni məhsulunu “Turn It Loose” (İtirilmişi geri qaytar) şüarı altında təqdim edəndə bunun İspaniyada “diareyadan əziyyət çəkirəm” kimi oxunduğunu bilmirdi.

Pepsi Generation-ın reklamı çin dilində “Pepsi sizin əcdadlarınızı qəbirdən çıxarıb gətirir” kimi səslənir.

Gerber firması Afrikaya uşaq qidası satmağa başladı və onlar da ABŞ-da olduğu kimi eyni bağlamaları istifadə etməyə başladılar. Bu uşaq qidalarının üzərində gülümsəyən uşaq şəkli təsvir olunmuşdu. Daha sonralar onlar öyrəndilər ki, Afrikada bir çox insan oxumağı bacarmadığı üçün məhsulun tərkibindəkilərinin şəkli qutuların üzərində təsvir olunur.

Colgate “Cue” adı altında Fransaya diş məcunu ixrac etdikdə bunun məşhur porno jurnalın adı olduğunu nəzərə almamışdı.

American Airlines meksikan bazarında yeni dərili birinci dərəcəli reysi təqdim etdikdə onların sloqanı “Dəridə uçuş” idi. Bu isə ispan dilində “Çılpaq uçuş” mənasını verir.

Bir amerikan köynək istehsalçısı Roma Papasının ziyarəti səbəbi ilə ispan bazarı üçün köynəklər tikmişdi. Bu köynəklərin üzərində “Mən Papanı gördüm” (El-papa) yazısı əvəzinə, “Mən kartofu gördüm” (La-papa) yazılmışdı.

Süd ixrac edən birliklər Meksikaya “Got Milk?” sloqanı ilə məhsul təqdim etməyi qərara aldılar. Lakin bu sloqan ispan dilində “Bəs sən süd verirsən?” kimi tərcümə olunmuşdu.

General Motorsun isə Mərkəzi və Cənubi Amerikaya “Nova” adlı avtomobillərini ixrac edərək satmaq istəməsi uğursuzluqla nəticələndi. Çünki “Nova” ispan dilində “Getmir” mənasını verir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər