Zinəddin Zidan: “Oğlumla evimin həyətində futbol oynayarkən ikimiz də ən sevdiyimiz oyunçular olurduq. O mən olurdu, mənsə, Ronaldo”.
Frank Raykard: “Türk futbolunda, əslində, hər şeydən bir az var. Amma heç bir şeydən tam yoxdur”.
Xristo Stoiçkov: “Məni saxlamaq üçün tapança lazım idisə, Messini saxlamaq üçün makinalı tüfəngə ehtiyac var”.
Müxbir: “Messini necə saxlamağı düşünürsünüz?”
Joze Luis Oltra : “Qvardioladan Messini oynatmamasını xahiş edəcəyik”.
K.Lukarelli: “Bəziləri qazandıqları milyonlarla pullara özlərinə “Ferrari” və ya yat alır. Mən isə qazandığım pulla “Livorno” forması alıram.
Nuri Şahin: “Türkiyəni üstün tutmağım bir seçim deyildi. Evimin qapısını bağladığım andan mən türkəm.
Mişel Platini: “Böyük komandalar aldığı kuboklarla, kiçik komandalar isə qalib gəldiyi böyük komandalarla fəxr edir”.
Haim Revivo: “Türkiyə qəzetlərində doğru yazılan ancaq tarixdir”.
Ron Atkinson: “Həyatım boyunca hakimlər haqqında şərh bildirmədim və bu adətimi bu gün oyunumuzu idarə edən şərəfsiz üçün pozmayacam”.
Şenol Günəş: “Əvvəllər futbolu kasıblar oynayar, zənginlər izlərdi. İndi isə zənginlər oynayır, kasıblar isə seyr edirlər”.
Steven Cerard: “Zərbə vurduğunuz an qapıçını keçməyi düşünməyin onu yox etməyi fikirləşin”.
Xavi: “Məşqçimiz Çarli Reksaç bizə həmişə “Bir dənə pas da verməyin yarım pas verin” deyərdi”.
Yılmaz Vural: “Türkiyəyə əcnəbi məşqçi gətirməyin. Mən türk dilində anlada bilmirəm, onlar necə başa salacaqlar?”
Bill Şankli: “Hakimlərin problemi bilirsiniz nədi? Qaydaları bilirlər amma futboldan başları çıxmır”.
Luis Felipo Skolari: “Bir kubok qazanmaq istiyirsinizsə, Pele nə deyirsə, onun əksini etməlisiniz”.
Yohan Kryuf: “Məni anlamanızı istəsəydim daha açıq danışardım”.
Mario Balotelli: “Məndən bir az daha güclü Messidir. Digərləri məndən geridədir”.
Kristiano Ronaldo: “İnsanlar mənim özüm və ya pul üçün oynadığımı düşünürlər. Halbuki mən atamın mənimlə qürur duyması üçün oynayıram”