-3 C
Baku
Sunday, December 15, 2024

Məşhur geyim brendi Belarusu tərk edir

İsveçin H&M geyim şirkəti Qərbin sanksiyalarına məruz qalan Belarusu tərk etmək qərarına gəlib.

Bu barədə Belarusun “Onliner” nəşri şirkətin mətbuat xidmətinə istinadən məlumat yayıb

Bildirilir ki, şirkət ölkədə işini dayandırır, mağazalar qalıqları satmaq üçün açılacaq.

“Biz qalan məhsulları satmaq üçün üç mağazamızı müvəqqəti olaraq açacağıq və onları məhdud müddət ərzində açıq saxlayacağıq”, – deyə şirkətin yaydığı məlumatda qeyd olunub.

Xatırladaq ki, Rusiyada H&M mağazaları martın sonunda fəaliyyətini dayandırıb. İyulun 18-də ticarət şəbəkəsi Rusiya Federasiyasındakı biznesini bağlamaq qərarına gəldiyini elan edib.

 

 

Son xəbərlər
Digər xəbərlər