Ötən ilin dekabr ayında qlobal miqyasda Samsung şirkətinə məxsus telefonların Azərbaycan üzrə bazar payı 54,52%-ə çatıb.
Bunu “Global Stats” analitik şirkətinin məlumatında deyilir.
Məlumatda görə, sözügedən tarixdə Xiaomi telefonlarının Azərbaycan üzrə bazar payı 18,05%, Apple-ın 11,6%, Huawei-in isə 4,42% olaraq qeydə alınıb.
Eyni zamanda, Unknown telefonlarının ölkəmiz üzrə bazar payı 2,2%, Nokia-nın 1,68%, %, LG-nin 1,63 %, Lenovo-nun 1,1 %, HTC-nin 0,88%, Alcatel-in isə 0,51 % olub.
©Ted.az