7 C
Baku
Sunday, December 15, 2024

Məşhurlardan motivasiya dərsi

  • Uğursuzluq – hər şeyi yenidən, lakin daha müdrik şəkildə başlamaq imkanıdır – Henri Ford

  • Çox istedadlı olsanız və böyük səylər göstərsəniz belə bəzi nəticələri əldə etmək üçün zaman tələb olunur. 9 qadını hamilə olmağa məcbur etməklə 1 aydan sonra uşaq əldə edə bilməyəcəksiniz – Warren Buffet
  • Hər bir insanın həyatında uğur onun qapısını mütləq döyür. Lakin insanların əksəriyyəti bu vaxt yaxınlıqda yerləşən pivəxanada əyləşir və heç bir qapı döyüntüsünü eşitmir – Mark Tven
  • Bizim ən pis çatışmayan cəhətimiz ondan ibarətdir ki, tez bir zamanda həvəsdən düşürük. Uğura aparan ən düzgün yol isə – daim bir daha cəhd etməkdir – Tomas Edison
  • Şəxsən mən qaymaqlı çiyələyi çox sevirəm, lakin nədənsə balıqlar soxulcana üstünlük verir. Bax buna görə də mən balıq tutmağa gedəndə özümün nə sevdiyimi deyil, balığın nə sevdiyi barədə düşünürəm – Deyl Karneqi
  • Səhər yuxudan oyandıqda özündən soruş: “Mən bu gün nə etməliyəm?” Axşam yatmamışdan öncə də özündən soruş: “Mən bu gün nə etdim?” – Pifaqor
  • Kasıb, uğursuz, bədbəxt və xəstə o şəxsdir ki, daim “sabah” sözünü işlədir – Robert Kiyosaki
  • Mən bunu istəyirəm. Deməli, bu olacaq – Henri Ford
  • Mən heç vaxt uduzmadım. Sadəcə işə yaramayan 10 000 üsul sınaqdan keçirdim – Tomas Edison
  • Çətin iş – zamanında etməli olduğunuz lakin etmədiyiniz işlərin toplusudur – Con Maksvell
  • Əvvəllər deyirdim: “Ümid edirəm ki, hər şey dəyişəcək”. Daha sonradan başa düşdüm ki, hər şeyin dəyişməsi üçün lazım olan yeganə üsul mənim özümün dəyişməyimdir – Cim Ron
  • Bütün həyatım boyu çıxardığım dərs ondan ibarətdir ki, heç vaxt təslim olmamaq üçün cəhd etmək, cəhd etmək və yenə cəhd etmək lazımdır – Riçard Brenson
Son xəbərlər
Digər xəbərlər