17 C
Baku
Sunday, May 19, 2024

Məşhurların məktəb macəraları…

Bir çox məşhur insanlar məktəb ilə elə də yaxşı münasibət yarada bilməmişdilər. David Beckham futbola daha çox zaman ayırmaq, Con Travolta səhnə incəsənəti ilə məşğul olmaq, gələcəyin heavy-metal kralı hesab edilən Ozzy Osbourn isə sadəcə ona pul lazım olduğu üçün təhsilin daşını atmışdı. Bu məşhurlardan əlavə siyasətçilər də onlardan geri qalmayıb. Britaniyanın keçmiş baş naziri John Major məktəb təhsilini yuxarı siniflərdə yarıda qoyur. Belə ki, o öz ana dili və ədəbiyyatından aldığı ən pis qiymətlərlə məktəblə vidalaşır.

Tomas Edisonun isə məktəbdə keçirdiyi müddət cəmi 3 ay idi. Övladı müəllimlər tərəfindən “axmaq” adlandırılan incimiş ana gələcəyin dahi ixtiraçısını məktəbdən geri götürür. Çarlz Dikkens və Mark Tven kimi iki görkəmli yazıçıya da məktəbi sona qədər oxumaq qismət olmayıb.

Bununla yanaşı, məktəb bir çox digər məşhur insanlar üçün uğur mənbəyi olmuşdur. Apple şirkətinin yaradıcısı Stiv Jobs ömrü boyu öz məktəb müəlliməsi Aymodzhen Hill-ə minnətdar olmuşdur. Belə ki, məhz bu müəllimə Stiv Jobs-u belə desək “avaralıqdan” xilas etmiş və diqqətini yalnız təhsilə yönəltməsinə kömək etmişdi.

Daha bir kompüter dahisi olan Bill Gates isə hər şeyə xaker olaraq başlayıb. Onun ilk və son uğurlu cəhdi məktəb kompüterinə daxil olmaq olub. Yenə də müəllimlərə təşəkkür düşür. Belə ki, məhz onlar Sietl şəhərinin kompüter mərkəzinə bu bacarıqlı oğlan haqqında məlumat verirlər. Və tezliklə Gates ora işə dəvət edilir.

Məktəb öz “sehirli çubuğu” ilə aktyor Jack Nicholson-a da toxunub. Onun aktyorluq imkanları məhz məktəbdə olarkən aşkar edilib. 4-cü sinifdən başlayaraq sinif yoldaşları və müəllimləri onu “kloun” adlandırmağa başlamışdılar.

Son xəbərlər
 ⁠
Digər xəbərlər