8 C
Baku
Friday, December 13, 2024

Məşhurların qeyri-məşhur cəhətləri

  • Yuli Sezarın avtoqrafının dəyəri 2 milyon dollardır. Lakin hələ ki, heç kəs onu tapmayıb.
  • Yazıçı Çarlz Dikkens daim üzü şimal tərəfə yatardı. O belə güman edirdi ki, bu onun yazıçılıq istedadının artmasına kömək edəcək.

  • Çində ən məşhur adlar bunlardır: İsa, Riçard Nikson və Elvis Presley.
  • Yuli Sezar saçlarının tökülməsinin qarşısını almaq üçün zeytun çələngi taxmağa başlamışdı.
  • Tomas Ceffersonun ABŞ-ın İstiqlal Bəyannaməsini yazdığı ev hazırda yeməkxana kimi fəaliyyət göstərir.
  • Alfred Nobelin son arzusu dinamiti ixtira etdiyinə görə insanların onu şiddətə təbliğ edən bir şəxs kimi xatırlamamaları idi.
  • Birinci Dünya müharibəsi zamanı gələcək Papa XXIII İohann italyan ordusunda serjant idi.
  • Albert Eynşteynə bir dəfə İsrail prezidenti olmaq təklif edilmişdi. Lakin o dövlət miqyasında olan məsələləri icra edə bilməyəcəyini bildirərək imtina etmişdi.
  • Albert Eynşteyn dünyasını dəyişdikdə onun son sözləri də onunla birgə əbədiyyətə qovuşur. Belə ki, o dünyasını dəyişdikdə onun yanında olan tibb bacısı alman dilini bilmirdi.
  • John Glenn Yer orbitinə çatmış ilk amerikalı astronavt idi. O kosmosdan geri döndükdə onun üzərinə 3529 ton konfet atılmışdı.
  • Con Rokfeller həyatı boyunca xeyriyyə məqsədilə 500 milyon dollar xərcləmişdi.
  • Dünyanın ən varlı insanlarından biri olan John Paul Getty-nin evində taksofon qoşulmuşdu.
  • İtalyanın dövlət bayrağı Napoleon Bonapart tərəfindən düşünülüb.
  • Doğum günü Amerikanın bütün ştatlarında rəsmi olaraq istirahət günü elan edilən yeganə şəxs Corc Vaşinqtondur.
  • İngiltərə kraliçası Anna (1665-1714) öz övladlarının hamısından daha çox yaşamışdır. Yeri gəlmişkən onun 17 övladı var idi.
Son xəbərlər
Digər xəbərlər

1 comment

Comments are closed.