2021-ci il fevralın 1-nə olan vəziyyətə görə, Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 6 milyard 365 milyon dollar təşkil edib.
Banker.az bu barədə Mərkəzi Bankın hesabatına istinadən məlumat verir.
2021-ci il yanvarın əvvəli ilə müqayisədə valyuta ehtiyatları 0.07 faiz və ya 4.2 milyon dollar azalıb.
Bildirək ki, banklar yanvarda 8 valyuta hərracına dollar alışı üçün baş vurub. Bu hərracların ikisində qeydə alınan tələb rəqəmi 100 milyon dollar üzərində xarici valyutaya tələb olmuşdu. Həmin rəqəm isə 2020-ci ilin martından bu tərəfə qeydə alınmış ən böyük rəqəm olub.
Azərbaycan Mərkəzi Bankında ARDNF tərəfindən 644.5 milyon ABŞ dolları satılmaqla öncəki ayın göstəricilərini üstələmişdi. Öncəki ayda yanvardan hərrac az keçirilmişdi.
Dekabrda ARDNF banklara 637.8 milyon dollar valyuta satmışdı. Həmin banklar isə əllərinə keçirdiyi bu dolların 239.2 milyon dollarını müştərilərə satmaqla, onlardan cəmi 97.6 milyon dollar almışdılar.
Xatırladaq ki, Mərkəzi Bank tərəfindən valyuta hərracları həftədə 2 dəfə keçirilir və bu hərraclarda bankların həm nağd, həm də qeyri-nağd valyuta üzrə tələbləri tam təmin edilir.
Mərkəzi Bank 2017-ci ildən başlayaraq artıq 4 il ərzində milli valyutanın məzənnəsi saxlayıb. 12 yanvardakı açıqlamasında bildirib ki, cari ildə də Mərkəzi Bank tərəfindən valyuta bazarında stabilliyin tәmin edilməsi diqqət mərkəzində saxlanılacaqdır.