6 C
Baku
Saturday, December 14, 2024

Macarıstan Aİ-nin Rusiyaya qarşı sanksiyalar paketinə veto qoymayacaq

Macarıstan Aİ-nin Rusiyaya qarşı 13-cü sanksiyalar paketini yanlış hesab etsə də, veto etməyəcək.

Bunu Brüsseldə Avropa İttifaqı ölkələrindən olan həmkarları ilə görüşdə iştirak edən Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto deyib.

“13-cü sanksiya paketinin hazırlanması mərhələsində Macarıstanın iqtisadi maraqlarına zidd olan bütün elementləri ondan çıxarmaq mümkün idi. Ona görə də biz hesab edirik ki, bu baxımdan vetodan istifadə etmək heç bir nəticə verməyəcək. Eyni zamanda, hesab edirəm ki, Avropa İttifaqı yanlış qərarı qəbul edir”, – XİN rəhbəri Brüsseldə Macarıstan jurnalistləri ilə M1 telekanalı tərəfindən yayımlanan görüşdə bildirib .

Son xəbərlər
Digər xəbərlər