7 C
Baku
Tuesday, December 16, 2025

Macarıstan Kiyevdən xərclənən vəsaitlərlə bağlı hesabat tələb edir

Macarıstan Avropa İttifaqının Ukraynaya ayırdığı vəsaitlərin xərclənməsi ilə bağlı Kiyevin hesabat verməsini tələb edir.

Bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto bəyan edib.

Nazirin sözlərinə görə, o, Aİ səviyyəsində Ukraynanın indiyədək İttifaqdan aldığı maliyyə vəsaitləri üzrə hesabat təqdim etməsinin tələb olunmasını təklif edib.

Siyarto qeyd edib ki, Ukraynada baş verən son qalmaqallar ayrılan vəsaitlərin böyük hissəsinin “korrupsiya sisteminin saxlanılmasına” yönəldilmiş ola biləcəyini göstərir.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər