9 C
Baku
Friday, December 13, 2024

Macarıstan parlamenti İsveçin NATO-ya üzvlüyünü təsdiqləməyib

Macarıstan parlamenti İsveçin NATO-ya üzvlüyünü təsdiqləməyib.

Buna səbəb Baş nazir Viktor Orbanın sədri olduğu “Fides” Partiyasının iclası boykot elan etməsi olub.

Parlament sentyabrın 25-dək məzuniyyətdə olacaq və o vaxta qədər ərizə, görünür, təsdiqlənməyəcək. Qeyd olunur ki, ərizənin ratifikasiyası məsələsi ilə bağlı növbədənkənar iclas təşkil edilib, lakin Orbanın partiyasının üzvləri ora gəlməyib.

Eyni zamanda, “Fides” partiyası vurğulayıb ki, İsveçin müraciəti ilə bağlı məsələ təcili deyil, çünki Türkiyə buna razı olmasına baxmayaraq, hələ ki, bunu təsdiq etməyib. İsveçin NATO-ya qoşulması üçün onun bütün iştirakçı ölkələr tərəfindən ratifikasiyası lazımdır.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər