Macarıstan dekabrın 7-sində Avropa İttifaqının (Aİ) daimi nümayəndələrinin iclasında Rusiyaya qarşı yeni sanksiyalar paketinə, eləcə də Ukraynaya silah vermək üçün Aİ fondunu ikiqat artırmaq təklifinə qarşı çıxıb, bu barədə “Financial Times” yazıb.
Xatırladaq ki, daha əvvəl Avropa Komissiyası və Avropa İttifaqı ölkələri ötən gün Rusiyaya qarşı 9-cu sanksiya paketini müzakirə edib. Məlumata görə, bu dəfə sanksiyaların texnologiya, maliyyə və media sahəsini əhatə edəcəyi bildirilib.
Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen noyabrın 24-də Aİ-nin anti-Rusiya sanksiyaları paketi üzərində işini açıqlayıb.