2 C
Baku
Sunday, December 15, 2024

Macarıstan şirkəti “Chevron”un AÇG və BTC-dəki payını alıb

Macarıstanın MOL şirkəti Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar bloku və Azərbaycan neftinin əsas ixrac kəməri – Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərində pay almaq üçün saziş imzalyıb.

Bu barədə MOL şirkəti məlumat yayıb.

“MOL Group” ABŞ-ın “Chevron” şirlətinin AÇG-dəki 9,57% və BTC-dəki 8,9%-lik payını almaq üçün razılaşıb. “MOL “Chevron Global Ventures Ltd” və “Chevron BTC Pipeline” şirkətləri ilə AÇG-dəki 9,57%-lik və BTC-dəki 8,9%-lik payın alınması üçün müqavilə imzalayıb. Müqavilənin dəyəri 1,57 mlrd. ABŞ dolları (alqı-satqı tamamlanarkən düzəliş mümkündür) təşkil edir”,- məlumatda qeyd edilib.

Sövdələşmənin başa çatması ilə MOL AÇG-nin üçüncvü ən böyük tərəfdaşı olacaq.

Report

Son xəbərlər
Digər xəbərlər