Budapeşt Kiyevə hərbi yardım göstərməyi nəzərdə tutan Avropa Sülh Fondunun büdcəsinin genişləndirilməsinə mane olmayacaq, lakin onun işində iştirak etməyəcək.
Bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto VRT telekanalına müsahibəsində deyib.
“Biz başqalarının bunu etməsinə mane ola bilmərik və etməyəcəyik, çünki bu, öz məsuliyyətidir. Biz, əlbəttə ki, yekun qərarda iştirak etməyəcəyik”, – deyə Siyarto bildirib.