Macarıstanın Baş naziri postuna keçirilən seçkilərdə yenidən Viktor Orban qalib gəlib

Viktor Orban yenidən Macarıstanın Baş naziri olub.

Bu barədə məlumatı “RİA Novosti” yayıb.

Qeyd edək ki, aprelin 3-də ölkədə keçirilən parlament seçkilərində Viktor Orbanın rəhbərlik etdiyi FİDES Partiyası özünün kiçik tərəfdaşı Xristian Demokratlar Partiyası ilə birlikdə böyük çoxluqla qalib gəlib. Onlar parlamentdəki 199 yerdən 135-ni qazanıblar.

Bildirilib ki, buna görə Prezident Yanoş Ader mayın 2-də yeni parlamentin ilk iclasında Viktor Orbanın Baş nazir postuna namizədliyini irəli sürmüşdü. Orbanın namizədliyi deputatların çoxu tərəfindən asanlıqla qəbul edilib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər