5 C
Baku
Saturday, December 14, 2024

Macarıstanın öz istehsalı olan yaşıl enerjiyə ehtiyacı var

Əhəmiyyətli dərəcədə enerji asılılığı ilə əlaqədar olaraq Macarıstanın özünün istehsal etdiyi davamlı, ekoloji cəhətdən təmiz enerjiyə ehtiyacı var.

Bu barədə aprelin 22-də Energetika Nazirliyinin mətbuat katibi Atilla Ştayner (Attila Steiner) Estergomda keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, hökumət milli məsləhətləşmələr keçirməyə başlayıb ki, əhalinin yaşıl enerjiyə keçidə ehtiyacının ən çox harada olduğunu qiymətləndirsin və uyğun qaydada müxtəlif dəstək proqramlarına start versin.

Ştayner ölkənin elektrik nəqliyyatı sahəsində əhəmiyyətli tərəqqiyə necə nail ola biləcəyi barədə danışıb və əlavə edib ki, geotermal enerji hazırda istismar olunandan daha böyük potensiala malik macar ehtiyatıdır.

Xatırlatmaq lazımdır ki, Gürcüstan, Bolqarıstan, Macarıstan, Rumıniya ərazisi üzrə və Qara dənizin dibi ilə çəkiləcək kabel Azərbaycandan elektrik enerjisini Avropaya çatdıracaq.

Son xəbərlər
Digər xəbərlər