13 C
Baku
Wednesday, May 8, 2024

Mağazalar şəbəkəsi “Optimal Elektronika”nın gəlirləri azalıb

Azərbaycanda elektronika və məişət avadanlıqları satan mağaza şəbəkəsi “Optimal Elektronika” MMC-nin cari ili xalis mənfəətlə bitirməsinə rəğmən, öncəki ildən daha az gəlir əldə etdiyi məlum olub.

Banker.az-ın əldə etdiyi hesabatda qeyd edilirik ki, “Optimal Elektronika” MMC cari ilin ilk yarısında 41.86 milyon manatlıq əsas əməliyyat gəliri əldə edib. Bu rəqəm 2021-ci il üzrə 113.43 milyon manat olduğunu nəzərə alsaq, ötən ilin yarısında 55 milyonun üzərində olacaq.

Ümumi əməliyyat gəliri isə hesabat dövründə, yəni ilin ilk yarısında 42.84 milyon manat olub, bu isə 2021-ci il tam götürdükdə 116.46 milyon manat idi.

Hesabat müddətində mağazalar şəbəkəsinin 42.44 milyon manatlıq əməliyyat xərci olub. Bu da onun yarım ili cəmi 776 min manat xalis mənfəət etməsi ilə tamamlamasına səbəb olub.

Xatırladaq ki, “Optimal Elektronika”nın 11.49 milyon manat nizamnamə kapitalı var və səhmlərinin 100%-i Əhəd Əsgərov adlı fiziki şəxsə məxsusdur.

23423423423423423423

Son xəbərlər
 ⁠
Digər xəbərlər