Bu il Mahaçqala-Bakı birbaşa aviareyslərinin açılması planlaşdırılır.
Bu barədə “Mahaçqala Hava Limanı” ASC-nin baş direktoru Arsen Pirmagomedov bildirib.
“Hazırda biz bu il beynəlxalq istiqamətdə istifadəyə verilməsi planlaşdırılan Bakı şəhərinə birbaşa aviareyslərin açılması məsələsi üzərində işləyirik. Yeni hava yollarının açılması ilin ortalarında Mahaçqala hava limanının yeni beynəlxalq terminalı istifadəyə verildikdən sonra planlaşdırılır”, – deyə A.Pirmagomedov söyləyib.
Qeyd edək ki, Mahaçqala aeroportu Dağıstanın yeganə hava limanıdır. Buradan Moskva, Sankt-Peterburq, Kazan, Surqut, Rostov-na-Don, Krasnodar, həmçinin Qazaxıstan, Türkiyə və BƏƏ şəhərlərinə uçuşlar yerinə yetirilir.
©Azərtac