13 C
Baku
Friday, April 19, 2024

Makedoniyalı İskəndər – dünyanı ram edən şəxs

Makedoniyalı İskəndərin baş tərbiyəçisi Yunanıstanın müdrik filosofu Aristotel yaradılış, dünyanın möcüzələri haqqında hekayələri ilə gəncdə dünyanı işğal etmək haqqında fikirlər yaradır. Müharibələrin hökm sürdüyü bir dövrdə hökmdarlar səfərlərə gedərək yad torpaqları işğal edirdilər, insanları əsir götürürdülər, onların var-dövlətlərini mənimsəyirdilər. 

Daha gənckən İskəndər öz ordusu ilə Şərqə yürüş təşkil edir. O, özü döyüşlərdə iştirak edirdi və bir dəfə belə olsun məğlub olmamışdı. On il ərzində Makedoniyalı İskəndər o dövrdə məlum olan torpaqların əksəriyyətini işğal edir. İskəndərin dövləti Afrikadan Hindistana qədər uzanırdı. Beləliklə, o, Qüdrətli ləqəbini qazanır.

Qədim Yunan anlayışlarına görə, qüdrətli şəxslərin valideynləri də qüdrətli olmalı idi. Buna görə, əfsanəyə əsasən, İskəndərin atası, Makedoniyanın çarı Filippin soyu epik qəhrəman Herakla gedirdi, İskəndərin anası Olimpiada isə guya ki, Troya müharibəsinin qəhrəmanı Axillepsin soyundan idi.

Yeddi yaşından etibarən İskəndəri evin qadın hissəsindən köçürdürlər və o, fiziki məşqlərlə məşğul olmağı, at sürməyi, qılınc oynatmağı öyrənirdi. O, heç kəsdən qorxmurdu. Yarışlarda İskəndərin yaşıdları arasında onun tayı bərabəri yox idi. 10 yaşında olarkən o, musiqi alətlərində çalırdı, bir çox yunan şairlərinin əsərlərini əzbər bilirdi, coğrafiyanı sevirdi, lakin fəlsəfə və riyaziyyatla maraqlanmırdı. O, yeni torpaqlar, döyüşlər haqında hekəyələri sevirdi. İskəndər həddindən artıq çox şöhrətpərəst idi. Onun atası hər hansısa bir şəhəri işğal edəndə İskəndər üzülürdü və dostlarına belə deyirdi: «Atam bütün dünyanı işğal edəcək, Bəs bizə nə qalacaq?»

Məşhur yunan yazıçısı və tarixçi Plutarx öz «Müqayisəli həyat təsviri» əsərində İskəndər haqqında belə deyirdi: «Orta yaşlarında İskəndər hündür, görkəmli idi, onun açıq rəngdə qıvrım saçları var idi. O, ağbəniz idi, lakin üzünün rəngi daim qırmızıya çalırdı. Elə təəssurat yaranırdı ki, sanki onun daim qızdırması var. İskəndər savadlı idi, incəsənətə dəyər verirdi, səxavətli idi, lakin hər kəsin ona sitayişli yanaşması onun xasiyyətini dəyişdirdi. Son illərdə o, hökmsevərli və şübhəci olmuşdu».

Döyüşdə ilk qalibiyyətini İskəndər 16 yaşında olarkən, atası ilə afinalılara qarşı savaşanda qazanmışdı. Ona süvarilərə başçılıq etmək tapşırılmışdı. Süvarilər ən məsuliyyətli anda yunanları qaçmağa məcbur etmişdi. Makedoniyalılar qalibiyyət çalırlar. Əsgərlər İskəndərin şərəfinə təriflər yağdırırdılar.

Filipp çarı da oğlunun uğuruna sevinirdi. O gündən etibarən İskəndər döyüş sənətini öyrənməyə başlaayır.

İskəndərin 20 yaşında olanda Filippi qəddarcasına öz yaxın insanlarından biri qətl edir və İskəndər Makedoniyanın çarı olur. Bir dəfə döyüşlərin birində qalib gələndən sonra İskəndər Afinanın qapılarına yaxınlaşır və sakinlərdən ona Makedoniyanın ən əsas düşmənini orator Demosfeni vermələrini tələb edir. Sakinlər buna razı olmurlar. İskəndər şəhəri mühasirəyə alır. O zaman onun yanına cəsurcasına yaşlı sərkərdə Fokion çıxır və deyir:

– İskəndər, əgər sən şöhrət qazanmaq istəyirsənsə, onda nəyə görə öz qəbiləndən olanlara qarşı savaşırsan? Asiyaya get və orada barbarlara qarşı döyüş. Orada sən şöhrət qazanacaqsan, yunanlar arasında isə öz səxavətliyinlə ad çıxaracaqsınız.

3_2009

İskəndər yaşlı sərkərdənin sözünə qulaq asır və Afinanı talan etmir. O, Fokionu müdrik məsləhətinə görə mükafatlandırır və ona elçiləri ilə hədiyyələr göndərir. Elçilər sərkərdəyə hədiyyələri çatdırdıqda o, bu hədiyyələrin nəyin mükafatının olduğunu soruşur.

Fimon onlara belə deyir: Öz hədiyyələrinizi geri götürün. Mən onlarsız da ləyaqətli olmağa davam edəcəm.

Bu cavabı eşidən İskəndər incimir. O, yaşlı sərkərdərin müdrikliyinə dəyər verirdi.

III Dara ilə döyüşdən əvvəl İskəndər soyuq dağ çayında çimdiyi üçün xəstələnir. Onun qızdırması qalxır, vəziyyəti getdikcə pisləşir. Həkimlər onu müalicə etməyə cəsarət etmirdilər. Çünki qorxurdular ki, o vəfat etdiyi halda onları qərəzli mövqedə günahlandırarlar. Yalnız İskəndərin yaxın dostu həkim Filipp onu müalicə etməyi öz öhdəsinə götürür. O, məlhəm hazırlayır və onu çara verir. Elə bu zaman III Daradan elçi gəlir və İskəndərə bir məktub verir. Məktubda III Dara Filippi satın aldığı və ona o, Makedoniyanın çarını öldürdüyü təqdirdə öz qızı ilə izdivac etməyə söz verdiyini deyilirdi. İskəndər məktubu oxuyur, onu Filippə verir və məlhəmi içir. Məlhəm İskəndərə o qədər güclü təsir göstərir ki, o, huşunu itirir. Həkimin həyatı ipdən asılı idi. Lakin bir neçə saatdan sonra İskəndər özünə gəlir və tamamilə sağlam şəkildə döyüşə çıxır.

Farslara qarşı yürüş üçün Makedoniyalı İskəndər 40 min nəfər insandan ibarət ordu toplayır və b. e. ə. 337-ci ildə və gəmilərlə Hellespont körfəzini üzərək Kiçik Asiyaya yola düşür.

Fars çarı III Dara Babilistanda idi. O, öz qalibiyyətinə şübhə etmirdi, çünki orduda insan sayına görə üstün idi. Hərbi komandanlar ona dərhal döyüşü başlatmağı məsləhət görmürdülər, onlar makedoniyalıları yoraraq onları döyüş ərazisinin içərisinə salmağı və beləliklə hücuma keçməyi məsləhət görürdülər.  Döyüş Qranik çayının sahilində baş tutur. Makedoniyalı İskəndər çaydan keçməkdən qorxmur və ağır süvari dəstələri ilə döyüşə atılır. Farslar onlarla bacara bilmirlər və qaçırlar. İskəndər böyük zəfərlə Babilistana daxil olur.

Dara üzərində İskəndərin qalibiyyəti Yunanıstanda məşhurlaşır. Bu xəbər bütün Kiçik Asiyaya yayılır. Farsların hökmdarlığı altında olan bir çox şəhərlər məmnuniyyətlə şəhər qapılarını makedoniyalılara açırdılar. Lakin fars çarının öz taxtını yunan əsilli döyüşçülərə vermək fikri yox idi. O yenidən ordu toplayır və İskəndərə qarşı yürüşə çıxır. Yeni döyüş İssa şəhərinin yaxınlığında baş tutur. Və yenə də İskəndər döyüşə süvari dəstələri ilə qatılır. Farslar təşvişə düşür, Dara qaçır. İskəndər nəinki çoxlu əsr alır, həmçinin böyük qənimətdə götürür. Isse yaxınlığında qalibiyyət ona Şərqə yol açır.

Fars dövlətini işğal etdikdən sonra İskəndər Misirə üz tutur və oranı fars hökmdarlığından azad edir. Aralıq dənizin sahilində o, onun şərəfinə adlandırılan şəhər salır. Şəhərin adı İskəndəriyyə idi.

Lakin onun əsas rəqibi III Dara yenidən, demək olar ki, yarım milyonluq ordu yığır və makedoniyalılara qarşı döyüşə hazırlaşır. Yenilməz makedoniya süvari dəstələrini dağıtmaq üçün o, iti və kəsici alətlərlə təchiz olunmuş 200 döyüş arabası (çarx şəklində) hazırlayır. Həmçinin Hindistandan Daraya 15 döyüş fili göndərilmişdi. Onların üzərində Dara ən yaxşı ox atanlarını otuzdurur.

Həll edici döyüş assuriyaların qədim paytaxtının Nineviyanın xarabalıqlarında baş tutur. Farsların ordusu bütün düzənliyi tutmuşdu. Daranın döyüş arabası ordunun ordasında yerləşirdi. O, döyüş arabalarını Makedoniyanın süvarilərin üzərinə buraxmağı əmr edir. İskəndər özünü itirmir və əsgərlərinə aralanmağı əmr edir. Və döyüş çarxları makedoniyalıları heç bir zərər yetirmədən onların yanından ötüb keçir.  Arxa hissələrdə duran əsgərlər onu tuturlar.

Farsların döyüşçülərinin sayca çox olmaqları onları məhv edir. Dara orduya rəhbərlik edə bilmirdi.

Dara bir ata minərik döyüş meydanından qaçır.

Çarın qaçması və makedoniyalıların məharətləri haqqında xəbərlər farsların çox saylı ordusunun dağılmasına səbəb olurlar.

Farslar üzərində qalibiyyətdən sonra İskəndər vətəninə qayıtmır və Hindistana yola düşür. Döyüşdə o, hind çarı Poranın ordusuna qalib gəlir və Sakit okeana qədər getmək istəyir. Lakin bu an İskəndərin ordusunda üsyanlar başlayır. Makedoniyalılar daha savaşmaq istəmirdilər, onlar öz vətənlərinə qayıtmağı tələb edirdilər və öz hökmdrlarını şöhrətpərəstlikdə günahlandırırdılar. İskəndər güzəştə getməli olur. Onun dahiyanə planları var idi, o, dünyanı işğal etmək istəyirdi, Saxara səhrası üzərində yol tikməyi, onun ətrafında quyular qazmağı düşünürdü.

İskəndər Babilistana qayıdır. Orada o, qəflətən xəstələnir. Çar günbəgün zəifləyirdi, həkimlər ona kömək edə bilmədilər və o, vəfat etdi. Onun cəsədini İskəndəriyyəyə çatdırırlar. Orada İskəndəri təmtəraqla qızıl qəbrdə dəfn edirlər…

Makedoniyalı İskəndər yer üzündə yaşamış ən görkəmli insanlardan biridir. O, bir dəfə belə olsun məğlubiyyət yaşamamış dahiyanə sərkərdə idi. 10 il ərzində o, qədim zamanların ən böyük dövlətini qurmuşdu. Onun sayəsində yunan mədəniyyəti Yunanıstanın sərhədlərini aşır və bütün dünyaya məşhurlaşır.

Son xəbərlər
Digər xəbərlər