7 C
Baku
Thursday, December 12, 2024

Makron: “Fransada ərzaq qiymətləri ilə bağlı vəziyyət yayın sonuna qədər çətin olacaq”

“Fransada ərzaq qiymətlərindəki artım yazın sonuna qədər davam edəcək”.

Bunu “Le Parisien” qəzetinə müsahibəsində Fransa prezidenti Emmanuel Makron deyib.

“Açığını deyim: ərzaq qiymətləri ilə bağlı vəziyyət yayın sonuna qədər çətin olacaq. Əsas qərar əmək haqqının artmasıdır”, – deyə o qeyd edib.

Fransa lideri qeyd edib ki, əməkhaqqının indeksləşdirilməsi işəgötürənlərin əsas rol oynamalı olduğu dialoqun mövzusuna çevrilməlidir.

“France Info” radiostansiyasının məlumatına görə, ərzaq qiymətləri fevralda 14,8% olduğu halda, mart ayında illik müqayisədə 15,9% artıb.

Son xəbərlər
Digər xəbərlər