Dünyada qərb ölkələrin hökmranlıq dövrü sona çatır.
Banker.az xəbər verir ki, bu haqda Fransa prezidenti Emmanuel Makron müxtəlif ölkələrdəki səfirləri ilə görüşdə deyib. Prezidentin çıxışının yayımı Twitter-də aparılır.
“Dünyada Qərb hegemonluğunun sonunu görürük. Vəziyyət dəyişir”, – deyə Fransa lideri qeyd edir.
Prezident bildirir ki, son illərdə Rusiya və Çin getdikcə güclənir. O, Moskva ilə münasibətləri bərpa etməyə, “dürüst və tələbkar” dialoq qurmağa çağırır.
“Əgər nə vaxtsa Rusiya ilə birlikdə faydalı bir şey edə bilməsək, gərginlikdə və dondurulmuş münaqişələrlə qalacağıq. Biz ABŞ və Rusiya arasında gedən strateji mübarizəsi tamaşasını izləməyə davam edəcəyik”, – Fransa lideri əlavə edib.
CNN kanalının verdiyi məlumata görə, Makron Rusiyanın keçiriləcək G7 sammitində iştirak etməsini dəstəkləyir. Amerikan lideri Makron ilə razılaşsa da, qərb liderləri, xüsusilə Avropa Şurasının rəhbəri Donald Tusk buna tənqidlə yanaşıblar.
Rusiyanın xarici işlər naziri Serqey Lavrov, həyatın G8 formatından qat-qat irəli getdiyini bildirib. Onun sözlərinə görə, 2014-ci ildən bəri Moskva “Böyük səkkizliyə” qayıtmaq üçün heç bir təşəbbüs göstərməyib.