Fransa prezidenti Emanuel Makronla Kanadanın baş naziri Castin Tryudo arasında telefon danışığı olub.
Bu barədə Kanada hökuməti başçısının mətbuat xidmətinə istinadən məlumat verir.
Qeyd olunub ki, tərəflər Dağlıq Qarabağdakı vəziyyəti müzakirə ediblər.
Bundan başqa, iki ölkə arasında mövcud vəziyyət və pandemiyaya qarşı mübarizə diqqət mərkəzində olub.