Fransa prezidenti Emmanuel Makron növbədənkənar seçkilər təyin etdikdən sonra hökumətlə görüş keçirmək qərarına gəlib.
Makron Milli Assambleya üçün növbədənkənar seçkilər təyin etdikdən sonra ölkə hökuməti ilə görüşüb. Bu barədə iyunun 9-da “Normandie” qəzeti məlumat yayıb.
“Emmanuel Makron bazar günü axşam Yelisey sarayında hökuməti toplayıb”, – deyə məlumatda bildirilir.
Makronun hökumət nümayəndələri ilə hansı məsələləri müzakirə etdiyi haqda isə heç bir məlumat verilməyib
-APA