12 C
Baku
Wednesday, December 11, 2024

Makron: “Putinin Ukrayna ilə bağlı tələbləri qəbuledilməzdir”

Fransa Prezidenti Emmanuel Makron Rusiya lideri Vladimir Putinin Ukraynada müharibəyə son qoymaq üçün irəli sürdüyü tələbləri qəbuledilməz adlandırıb.

UNİAN məlumatına görə, o, bu barədə Aİ liderlərinin Versal sammitindən əvvəl bildirib.

“Mən realist olmalıyam. Biz Prezident Putinlə daim danışıqlarda iştirak edirik. Müharibənin başlanmasından əvvəlki son dəqiqələrə qədər və onun müharibənin başlandığını elan etməsindən sonra. Biz danışıqlar aparmağa və atəşkəsə nail olmağa çalışırıq. Amma mən etiraf etməliyəm ki, Putinin irəli sürdüyü şərtlər heç kim üçün qəbul edilmir”, – Makron deyib.

Onun sözlərinə görə, bu gün əsas məsələ Putinin prinsipcə səmimi danışıqlar aparmağa və nə isə təklif etməyə hazır olub-olmamasıdır.

“Ancaq faktlara baxıram, faktlar isə belədir: Rusiya müharibəyə başlamaq qərarına gəlib, Ukraynanı bombalayır, Rusiya mülki insanları bombalayır və paralel olaraq danışıqlar aparır. Amma bu danışıqlar heç bir nəticə vermir. Düzünü desəm, yaxın bir neçə saat ərzində atəşkəsin mümkünlüyünü görmürəm”, – Fransa lideri əlavə edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər