3 C
Baku
Saturday, December 14, 2024

Makron: “Sanksiyalar kifayət deyil”

Fransa Prezidenti Emmanuel Makron beynəlxalq ictimaiyyətin Rusiyaya qarşı qırmızı xətlərini açıq şəkildə müəyyən etməli olduğunu bildirib.

O, bu barədə ABŞ-ın “CBS” telekanalına müsahibəsində son dövrlər gərginləşən Qərb-Rusiya münasibətlərini şərh edərkən bildirib.

Ukraynanın şərqində və Krımda artan gərginliyə işarə edən Makron, Rusiyanı çəkindirmək üçün sanksiyaların yetərli olmayacağını qeyd edib.

“Rusiya ilə münasibətdə qırmızı xətlərimizi aydın şəkildə çəkməliyik. Güvənli olmağın yeganə yolu budur. Təkcə sanksiyalar kifayət deyil, lakin sanksiyalar paketin bir hissəsidir”,- deyə Makron qeyd edib.

Makron konstruktiv dialoqa üstünlük verdiyini, lakin bundan əvvəl güvən yaratmaq lazım olduğunu bildirib.

ABŞ və Rusiya Prezidentləri Co Baydenlə Vladimir Putin arasında mümkün görüşü dəstəklədiyini dilə gətirən Makron həmişə dialoqa önəm verdiyini qeyd edib.

O, Prezident Barak Obamanın Suriyada kimyəvi silah istifadə edilməməsi ilə bağlı açıqladığı qırmızı xəttin 2013-cü ildə Bəşər Əsəd tərəfindən pozulmasından sonra beynəlxalq cəmiyyətin seyrçi qalmasını xatırladaraq, bunun Putini gücləndirdiyini bildirib.

Xatırladaq ki, aprelin 15-də ABŞ Prezidenti Co Bayden Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi ilə bağlı fərman imzalayıb.

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər