Prezident seçkilərində ikinci beşillik müddətə namizədliyini irəli sürən Fransa lideri Emmanuel Makron siyasətdən gedəcəyi təqdirdə yazıçı olacağını istisna etməyib.
Fransa lideri belə etirafla “Le Point” jurnalına müsahibəsində verib.
“Bütün həyatım ədəbiyyatla bağlıdır. İşim başqa peşələrlə bağlı olanda da yazıçılıqla məşğul olmaq istəyirdim. Bu gün bacarmıram”, – Makron qeyd edib. “İxtiyarımda qalan vaxtı oxumağa və ailəmlə ünsiyyətə həsr edirəm”, – Fransa lideri deyib.
O hesab edir ki, həyatda həmişə “əşyalarını tez bir zamanda yığmağa hazır olmalısan”. “Ona görə də siz bilməlisiniz ki, vəzifəniz və ya missiyanız olmayanda nə edəcəksiniz”, – Fransa lideri hesab edir.
Makron etiraf edib ki, bu gün gələcək kitablar üçün hekayələr toplayır. “Hakimiyyətin gündəlik reallığı vaxtın özündən oğurlanmasıdır. Həmsöhbətlərdən və ailədən kənar münasibətləri saxlamaq çox çətindir”, – Fransa lideri əlavə edib.