8 C
Baku
Thursday, December 12, 2024

Malayziya Ramazan ayında COVID-19-la əlaqədar tətbiq edilən məhdudiyyətləri sərtləşdirəcək

Malayziya hökuməti COVID-19-la əlaqədar tətbiq edilən məhdudiyyətləri müqəddəs Ramazan ayında sərtləşdirəcək, bütün ölkə üzrə hərəkətə nəzarət gücləndiriləcək.

Bu barədə ölkənin təhlükəsizlik naziri İsmail Sabri məlumat verib. Nazir bildirib ki, məhdudiyyətlər hər bir ştatda COVID-19-un yayılması ilə əlaqədar real vəziyyət nəzərə alınaraq tətbiq olunacaq.

Hazırda ölkədə koronavirusun yayılması ilə bağlı vəziyyət barədə danışan İsmail Sabri deyib ki, Səhiyyə Nazirliyinin son məlumatları nəzərə alınarsa, Malayziyada pandemiyanın dördüncü dalğası başlaya bilər. Belə ki, bu nazirlik ölkədə gündəlik yoluxmanın artıq 1000 nəfəri ötdüyü barədə məlumatlar yayıb.

Bunu nəzərə alan nazir, əhalini Ramazan ayı boyunca da COVID-19-a qarşı tətbiq edilən məhdudiyyətlərə əməl etməyə çağırıb.

İsmail Sabri əlavə edib ki, federal hökumət tərəfindən qəbul edilən məhdudiyyətlərlə yanaşı, hər bir ştatın hökuməti real vəziyyəti nəzərə alaraq həmin məhdudiyyətləri sərtləşdirə və əlavə qaydalar tətbiq edə bilər.

Əlavə olaraq bildirək ki, Kelantan ştatının rəhbərliyi mərkəzi hökumətin icazəsinə baxmayaraq, bir gün əvvəl ştat ərazisində Ramazan bazarlarının təşkilini qadağan edib.

MənbəAzərtac
Son xəbərlər
Digər xəbərlər