Mali hökuməti Fransa səfirinə ölkəni tərk etmək üçün 72 saat vaxt verib.
Bu barədə hökumətin yerli televiziyada oxunan bəyanatında bildirilib.
“Fransa xarici işlər nazirinin bu yaxınlarda verdiyi təhqiramiz şərhlərdən sonra Fransanın Bamakodakı səfiri çağrılıb və o, 72 saat ərzində ölkə ərazisini tərk etmək barədə məlumatlandırılıb”, – hökumətin bəyanatında deyilir.
Qeyd edək ki, bir neçə gün öncə Fransanın xarici işlər naziri Jan İv Lö Drian çıxışında keçid hökumətini qeyri-qanuni adlandırıb.