10 C
Baku
Wednesday, December 11, 2024

Malinin sərhədləri bağlandı

Malidə dövlət çevrilişi həyata keçirən hərbçilər ölkə sərhədlərinin bağlandığını elan ediblər.

BBC xəbər verir ki, bu barədə Xalqın Qurtuluşu Milli Komitəsinin nümayəndəsi, Hava Qüvvələri Qərargahının rəis müavini polkovnik-mayor İsmayıl Vaqu televiziyadan verdiyi bəyanatında bildirib.

O deyib ki, bu gündən etibarən sonrakı bildirişədək bütün hava və quru sərhədləri bağlanır: “Həmçinin sonrakı bildirişədək saat 9:00-dan 17:00-dək komendant saatı tətbiq olunur”.

Qiyamçıların sözçüsü həmçinin bildirib ki, yeni Malinin təməlini atmaq naminə yol xəritəsi təşkil edəcək demokratiyanın şərti olan ümumi seçkilərə doğru mülki, siyasi keçid üçün daha əlverişli şərait yaratmaq məqsədi ilə vətəndaş cəmiyyəti, siyasi sosial hərəkatları bizə qoşulmağa dəvət edirik”.

“Taleyi ilə üz-üzə qalan xalq səhv addımlar üzündən ümidsiz qalıb, ölkəmiz xaos, özbaşınalıq, hakimiyyətsizlik girdabına batmağa doğru gedir”, – o bəyan edib.

Qərbi Afrika Dövlətləri İqtisadi Birliyi (ECOWAS) adlı regional təşkilatın 15 üzv ölkəsi də Mali ilə sərhədlərini bağlamaq razılığına gələrək, bu ölkəyə hər cür maliyyə yardımlarını dayandırıb, təşkilatın qərarverici orqanlarında Malinin üzvlüyünə xitam verib.

Xatırladaq ki, Malinin 75 yaşlı Prezidenti İbrahim Boubakar Keita daha əvvəl qiyamçı hərbçilər tərəfindən həbs edilmiş, bundan sonra televiziyaya çıxaraq istefa verdiyini açıqlamışdı.

Son xəbərlər
Digər xəbərlər