14 C
Baku
Cümə, Oktyabr 22, 2021

Maliyyə nazirindən növbəti üç illə bağlı qərar

faizlere

“Büdcə təşkilatlarının ortamüddətli dövr üçün baza proqnozlarının və yeni siyasət təşəbbüsləri üzrə sifarişlərinin hazırlanmasına dair Təlimat” təsdiqlənib.

Banker.az xəbər verir ki, bununla bağlı Maliyyə naziri Samir Şərifov qərar imzalayıb.

Qərarla “Büdcə təşkilatlarının ortamüddətli dövr üçün proqram (tədbir) üzrə fəaliyyət planının hazırlanmasına dair Təlimat” da təsdiq edilib.

Təlimat büdcə təşkilatlarının ortamüddətli dövr üçün baza proqnozlarının və yeni siyasət təşəbbüsləri üzrə sifarişlərinin hazırlanaraq, Maliyyə Nazirliyinə təqdim edilməsi prosesini tənzimləyir.

Baza proqnozu cari ildə təklif olunan malların, xidmətlərin mövcud həcmdə, keyfiyyətdə davam etdirilməsi üçün tələb olunan cari və əsaslı xərclərin məbləğidir.

Yeni siyasət təşəbbüsü növbəti il, sonrakı üç ilə icmal büdcənin, dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsi təklif olunan yeni layihələr, dövlət proqramları və tədbirlərindən irəli gələn cari və əsaslı xərclərdir.

Ortamüddətli dövrə gəlincə, bu, növbəti il və sonrakı üç ili əhatə edən dövrdür.

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər