6 C
Baku
Sunday, December 15, 2024

Maliyyə apokalipsisi. İqtisadçılar 2020-ci ildə yeni böhranın başlanmasını gözləyirlər

Bütün dünyanı bürüyən son iqtisadi böhran 2008-ci ildə, “Lehman Brothers” investisiya bankının iflas etməsi səbəbindən baş vermişdir. Bildiyimiz kimi, iqtisadiyyat sikllikdir və bir çox iqtisadçı gələn il yeni böhranın başlamasını gözləyirlər.

“JP Morgan Chase” investisiya bankı

“JP Morgan Chase” in investisiya bankirləri, keçən il yeni böhranla əlaqədar xəbərdarlıq etdilər. Öz tədqiqatlarında mütəxəssislər iğtişaşlar və qida tədarükündəki pozuntularla müşayiət olunan “super böhran” haqqında danışırlar.

Proqnozların hazırlanmasında dünya iqtisadiyyatının artması və düşməsi, korporasiyaların şəxsi və borc pullarının nisbəti, maliyyə innovasiyaları və səhmlərin qiyməti kimi göstəricilər nəzərə alınmışdır.

Təhlilçilər Con Normand və Federiko Manikardinin qeyd etdiyi kimi, 2008-ci il böhranı zamanı S&P500 indeksi 54% düşmüşdür. Növbəti böhran fond bazarları üçün o qədər də təsirli olmayacaq, çünki inkişaf etməkdə olan ölkələrin aktivlərinin dəyəri artıq düşüb. Mütəxəssislər böhranın nə qədər davam edəcəyini müəyyən edə bilməyiblər.

Nuriel Rubini, iqtisadçı

2008-ci il böhranını proqnozlaşdırmış Nuriel Rubini, keçən il yeni böhranın riskləri haqqında danışmışdır. Onun sözlərinə görə, on il ərzində dünya borcu artıb, böhranla mübarizə vasitələri isə əksinə azalıb. Əgər 2008-ci ildə dünya mərkəzi bankları milli iqtisadiyyata çap maşınını işə salmaqla dəstək verə bilirdilərsə, indi bu üsul effektiv deyil – tənzimləyicilər banklardan onsuz da çox aktiv alıblar.

Andrey Makarov, Rusiyanın Dövlət Dumasının büdcə və vergilər Komitəsinin rəhbəri

Yeni böhran haqqında danışmış ekspertlərdən biri də Andrey Makarov olmuşdur.

“Əgər əvvəllər ÜTT (Ümumdünya Ticarət Təşkilatı) və beynəlxalq hüquq fəaliyyət göstərirdisə, bu gün həmin mexanizmlər deformasiyaya uğrayıblar. Buna görə də hər bir dövlət “təkbaşına mübarizə aparacaqdır”.

Onun sözlərinə görə, pul siyasəti ÜDM artımını təmin etmir və yalnız iqtisadi çöküşün qarşısını ala bilər. “İqtisadi artımın iki əsas drayveri var – investisiya artımı və istehlakçı tələbi” dedi. Ancaq rusların real birdəfəlik gəlirlərinin artması və investisiya mühitinin yaxşılaşdırılması ilə bağlı məsələ düzgün müzakirə edilmir.

Rusiya Mərkəzi Bankı

Rusiya Mərkəzi Bankı neft kotirovkalarının 20-25 dollar səviyyəsinə düşəcəyini proqnoz edir. Mütəxəssislərin fikrincə, böhran artıq gələn ilin birinci rübündə başlaya bilər. “Ticarət müharibələri səbəbindən qlobal iqtisadiyyat bazarda dəyişkənliyin əhəmiyyətli dərəcədə artması və enerjiyə tələbatın azalması ilə müşayiət olunan siklik tənəzzülə doğru sürüşür”.

“Qara qızıl” a tələbatın azalması neft qiymətlərinin kəskin azalmasına səbəb ola bilər.

German Gref, Rusiyanın “Sberbank” bankının rəhbəri

Rusiyanın “Sberbank” bankının rəhbərinin sözlərinə görə, neft kotirovkaları 40 dollardan aşağı qiymətə düşəcək və Rusiyanı “xammal şoku” gözləyir.

Bankir əlavə olaraq bildirir ki, ölkə bu böhrana hazır deyil. “Əgər özümüzü dünənki böhrana hazırlasaq, sabahkı böhranı əldən vermiş olacağıq”.

Kristalina Georgiyevna, Beynəlxalq Valyuta Fondunun rəhbəri

Beynəlxalq Valyuta Fondunun rəhbəri Kristalina Georgiyevna, dünya iqtisadiyyatının yavaşlaması haqqında danışıb.

“Dünya iqtisadiyyatının yavaşlaması ciddi xarakter kəsb etdiyi təqdirdə, korporativ borc 19 trilyon dollara qədər və ya 40% artacaqdır. Bu, maliyyə böhranı dövründə müşahidə olunan bütün səviyyələri üstələyir”.

Onun sözlərinə görə, dünya iqtisadiyyatı üçün əsas təhlükələrdən biri də ticarət müharibəsidir: “Ticarət müharibəsində hər kəs məğlub olur. Dünya iqtisadiyyatı üçün ticarət müharibəsi 700 milyard dollar itki deməkdir”.

Lourens Sammers, ABŞ-ın maliyyə naziri

ABŞ-ın maliyyə naziri Lourens Sammers də Çinlə gedən ticarət müharibəsindən narahatdır. “ABŞ və Çin arasındakı münasibətlərin hazırkı vəziyyəti fonunda 2009-cu ilin maliyyə böhranından bəri biz ən təhlükəli maliyyə vəziyyətinə düşə bilərik”.

Xatırladaq ki, Pekin və Vaşinqton arasındakı ticarət müharibəsi keçən il, ABŞ-ın idxal rüsumlarını 25%-ə qədər artırmasından sonra başlayıb.

ACRA reytinq agentliyi

ACRA reytinq agentliyinin mütəxəssislər qlobal böhranın bu ilin sonunda başlaya biləcəyini istisna etmirlər. Bunun səbəbləri var – yenə də ABŞ və Çin tərəfindən gömrük rüsumlarının artırılması, dünya ticarətində yavaşlama və ə Amerikanın Meksika və digər ölkələrlə ticarət mübadiləsinin azalması.

Agentliyin proqnozlarına görə, 2020-ci il böhranı dar ixtisasa sahib olan ölkələrə daha çox təsir göstərəcək. Dünya iqtisadiyyatının artım tempi 1,3%-a qədər azalacaq.

 

Son xəbərlər
Digər xəbərlər