15 C
Baku
Wednesday, May 15, 2024

Maliyyə bazarlarına nəzarət departamentinin Ticarət əməliyyatlarına nəzarət idarəsinin aparıcı analitiki — Maliyyə Bazarlarına Nəzarət Palatası

Maliyyə bazarlarına nəzarət departamentinin Ticarət əməliyyatlarına nəzarət idarəsinin aparıcı analitiki

Namizədə dair tələblər:

Aparıcı analitik

Təhsil: Tam ali təhsil (İqtisadiyyat, idarəetmə, maliyyə və ya mühasibat uçotu üzrə)

Təcrübə: Analoji sahə üzrə 2-3 il iş təcrübəsi,

Xüsusi biliklər: Maliyyə bazarları, onlara nəzarət prinsipləri, investisiya qiymətli kağızlar və törəmə maliyyə alətləri üzrə biliklər, Kapital adekvatlığı və risklərin idarəolunması sahəsində biliklər, Qiymətli kağızlar sahəsində yerli və beynəlxalq qanunvericilik üzrə  biliklər, Pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə sahəsində biliklər, Maliyyə hesabatlarının təhlili və proqnozların hazırlanması bacarığı, statistik təhlillər və prqoramlaşdırma üzrə biliklər

Dil bacarığı: Səlis Azərbaycan, yüksək səviyyədə ingilis dili bilikləri.

Kompüter bacarığı: İT resursları və ofis proqramları üzrə biliklər

Digər bacarıqlar: Yüksək analitik bacarıqlar, fikirlərini yazılı şəkildə aydın və dolğun çatdırma bacarığı, hesabatlatlılıq, komanda qurma, idarəetmə və  ünsiyyət bacarığı, operativlik və gərgin iş rejimində işləmək bacarığı.

İşin təsviri:

  • İnvestisiya şirkəti, fond birjası və depozitar tərəfindən təqdim edilən hesabatları təhlil edir;
  • Emitentlər tərəfindən vahid məlumat resursunda yerləşdirilmiş məlumatların yoxlanılmasını və açıqlanmasını həyata keçirir;
  • Emitentlərin vahid məlumat resursunda qeydiyyatını həyata keçirir;

Zəhmət olmasa, e-mailin “Subject” qismində müraciət edilən vakansiyanın adını qeyd edin.

Əlaqə vasitələri: E – mail :  [email protected]

Son xəbərlər
 ⁠
Digər xəbərlər