3 C
Baku
Saturday, December 14, 2024

Bağlanan 2 bankın əmanətçilərinədə kompensasiya ödəniləcək – RƏSMİ

Ali Məhkəmənin avqustun 11-də keçirilmiş iclasında “Atrabank” və “Qafqaz İnkişaf Bankı” ASC-lərin əleyhinə qərar qəbul edilsə də, bununla bağlı qətnaməni hələ ki, Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) əldə etməyib. Bunu açıqlamasında Palata sədrinin müşaviri Rüfət Abbasov deyib.

O, bağlanmış banklardakı əmanətçilərə kompensasiya ödənilib-ödənilməyəcəyi ilə bağlı suala belə cavab verib: “Hələ ki, biz məhkəmənin qərarını əldə etməyə çalışırıq. Bununla belə, ilkin hazırlıq işləri aparmışıq. Qətnaməni aldıqdan sonra müvafiq tədibrlər görəcəyik, hər iki bankın əmanətçilərinə kompensasiya ödəniləcək. Bunun üçün kifayət qədər resurslar mövcuddur”.

Report

Son xəbərlər
Digər xəbərlər