5 C
Baku
Saturday, December 14, 2024

Maliyyə Bazarlarına Nəzarət Palatası İqtisadiyyat Nazirliyi ilə birgə təlim keçirib

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin birgə təşkilatçılığı ilə “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin “Sahiblik düşüncə tərzinin dəyişdirilməsi” və “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”nin “Sahibkar düşüncə tərzinin təşviqi” prioriteti çərçivəsində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının tələbələri üçün “Kapital bazarları vasitəsilə maliyyələşmə və listinq” mövzusunda təlim keçirilib.

Kapital bazarının iştirakçıları və alətləri, investisiya qiymətli kağızları, kapital bazarlarında maliyyələşmə və emitentlərin Bakı Fond Birjasında listinqinə dair nəzəri və praktiki mövzuları əhatə edən təqdimat tələbələr tərəfindən böyük maraqla qarşılanıb. Təqdimatlardan sonra hüquqi şəxs olan iki sahibkar tərəfindən insanlarda sahibkarlıq ruhunun formalaşdırılması, biznes sahibi olmağa marağın artırılması və sahibkarlıq fəaliyyətinin əhəmiyyəti haqqında tələbələrə geniş məlumat verilib.

İnteraktivlik və müzakirə formatında keçən tədbirin ən aktiv iştirakçıları Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən sertifikatlarla təltif ediliblər.

 

Son xəbərlər
Digər xəbərlər