Maliyyə Bazarlarına Nəzarət Palatası 05.11.2018-ci il tarixdə keçirilmiş əmlakın qiymətləndirilməsi xidmətinin kotirovka sorğusu üsulu ilə satın alınmasına dair müsabiqənin qalibi məlum olub.
Banker.az xəbər verir ki, Palatanın bu kotirovka sorğusunda “BDO Azərbaycan” MMC qalib gəlib. Palata və qalib şirkət arasında 5 900 manat məbləğində satınalma müqaviləsi imzalanıb.