9 C
Baku
Thursday, December 12, 2024

Maliyyə Bazarlarına Nəzarət Palatasının Sığorta nəzarəti departamentinə rəhbər təyin edilib

Maliyyə Bazarlarına Nəzarət Palatasının strukturunun formalaşdırılması istiqamətində tədbirlər davam etdirilir.

APA-Economics-in əldə etdiyi məlumata görə, Palatanın Sığorta nəzarəti departamenti, Sığorta vasitəçilərinə nəzarət qrupuna rəhbər təyin edilib. Bu vəzifə Aqşin Əlizadə həvalə olunub.

Qeyd edək ki, A. Əlizadə buna qədər Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətində çalışıb.

Xatırladaq ki, prezident İlham Əliyevin fevralın 3-də imzaladığı sərəncamla Dövlət Sığorta Nəzarəti Xidməti ləğv edilib.

Son xəbərlər
Digər xəbərlər