12 C
Baku
Wednesday, December 11, 2024

Maliyyə bazarlarının infrastrukturuna nəzarət idarəsinin kiçik mütəxəssisi – Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası Maliyyə bazarlarının infrastrukturuna nəzarət idarəsinin kiçik mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.

Azərbaycan Respublikası Prezidentinin 3 fevral 2016-cı il tarixli, 760 nömrəli Fərmanına uyğun olaraq, qiymətli kağızlar bazarı, investisiya fondları, sığorta, kredit təşkilatları (bank, bank olmayan kredit təşkilatları və poçt rabitəsinin operatoru) və ödəniş sistemləri fəaliyyətinin lisenziyalaşdırılması, tənzimlənməsi və nəzarəti, habelə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində nəzarət sisteminin təkmilləşdirilməsini, həmçinin bu sahələr üzrə nəzarət sisteminin şəffaflığını və çevikliyini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxs yaradılmışdır.

Yüksək peşəkar və şəxsi keyfiyyətlərə malik, daim öz peşəkarlıq səviyyəsini təkmilləşdirən, yeni fəaliyyət üsullarının effektiv mənimsənilməsinə çalışan, biliklərini iş prosesinin səmərəsini artıracaq şəkildə tətbiq edə bilən və maliyyə bazarının uğurlu inkişafı üçün bütün gücünü səfərbər etməyə hazır olan hər bir uyğun namizəd bizə müraciət edə bilər.

TƏLƏB OLUNAN TƏHSİL VƏ İŞ TƏCRÜBƏSİ

• Tam ali təhsil (maliyyə və iqtisadiyyat);
• Ödəniş sistemləri və nağdsız hesablaşmalar sahəsində minimum 1 il iş təcrübəsi;
• Səlis azərbaycan, yaxşı səviyyədə ingilis və rus dili bacarığı;
• MS Office proqramları ilə işləmək bacarığı;
• Yüksək analitik bacarıqlar, operativlik, təşəbbüskarlıq, problemləri həll etmə.

VƏZİFƏ ÜZRƏ ÖHDƏLİKLƏR VƏ FƏALİYYƏTLƏR:

• Ödəniş sistemləri və nağdsız hesablaşmalar sahəsində tənzimləmə və nəzarətin həyata keçirilməsində iştirak;
• Nağdsız hesablaşmalar və pul köçürmələri sahəsində araşdırmaların aparılması, təkliflərin irəli sürlüməsi;
• Bankların rəqəmsal transformasiyasının sürətləndirilməsi üzrə tədbirlərin həyata keçirilməsində iştirak;
• Elektron ödənişlər sahəsində daimi monitorinqin aparılması, yeni məhsul və xidmətlərin təhlili.

Göstərilən tələblərə cavab verən namizədlər öz  CV-lərini mövzuda vakansiyanın adını qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilərlər.

Son xəbərlər
Digər xəbərlər