Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Maliyyə bazarlarının inkişafı və kreditlərin əlçatanlığı İşçi qrupunun 1 mart 2023-cü il tarixində saat 11:00-da “Webex” onlayn platforması vasitəsilə hesabat xarakterli iclasının keçirilməsi nəzərdə tutulur.
İclasda İşçi qrupunun 2022-ci il üzrə Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlər üzrə əsas icraçı qurumlar olan Mərkəzi Bank və İqtisadiyyat Nazirliyi tərəfindən görülmüş işlər barədə məlumat veriləcək, tədbirlərin icrası ilə bağlı müzakirələr aparılacaq və İşçi qrupu üzvləri tərəfindən veriləcək suallar cavablandırılacaqdır.
Aşağıdakı keçiddən istifadə etməklə Komissiyanın internet portalında iclasla əlaqədar yerləşdirilmiş məlumat və iclasın gündəliyi ilə tanış olmaq mümkündür: