1 C
Baku
Saturday, December 14, 2024

Maliyyə böhranından qorunma vasitələri

Böhran bizə hansı dərsləri verdi

2008-2009-cu il maliyyə böhranı qlobal iqtisadiyyatda və ayrı-ayır “ictimai təbəqələrdə” bir çox problemləri üzə çıxartdı. Bununla yanaşı analitiklər bizi yeni böhran burulğanının gözlədiyini deyirlər. Bəs biz əvvəlki böhrandan nə nəticə çıxara bilərik?

1. Əvvəlcə “təhlükəsizlik yastığı”, daha sonra növbəti iPhone və ya avtomobil

Qara günə saxlanılan ehtiyat pul məbləği – aylıq məsrəflərin üç və ya altı qatına ekvivalent bir məbləğ olmalıdır. Belə xərclərə qidalanma, kommunal xidmətlər, internet, mobil əlaqə, nəqliyyat, lazımı tibbi ləvazimat (dərman və s) və kreditlərin ödənməsini aid etmək olar. Ehtiyata atılmış pul çətin vaxtları itkisiz, rahat və borca girmədən keçirmək üçün kifayət edəcək qədər olmalıdır.

2. Gəlirlərin artımı xərclərin deyil, əmanətlərin çoxalması ilə müşayiət olunmalıdır

Maliyyə böhranın astanasında bir çox vətəndaşlar qazandıqlarından daha çox xərcləyirdilər. Heç kəs üçün sirr deyil ki, belə əhvalatların sonu nə ilə qurtarıb. Ona görə də həmişə bu “qızıl qaydanı” xatırlayın: gəlirlərin artımı ilə sizin əmanət kimi saxladığınız pul payı da artmalıdır.

3. Kreditlərin ödənilməsi gəlirlərin üçdə birindən çoxunu aparmalı deyil

Bu gözlənilmədən xərclərin artması və gəlirlərin müvəqqəti azalması ilə bağlı riskləri nəzərə alan ən optimal meyardır. Bir çox borcalanlar gələcəkdə gəlirlərin artımını ümid etməklə, səhvə yol verirlər. Krediti hazırkı situasiyaya əsaslanaraq götürmək lazımdır. Əgər maliyyə vəziyyətiniz yaxşılaşarsa, onda siz borcunuzu vaxtından əvvəl qapaya bilərsiniz.

4. Passiv gəlirlər sərbəst nəfəs almağa icazə verir

Bəzi insanlar pul müqabilində işləyir, digərləri isə pulları özlərinə işlətməyə məcbur edir. Açıq aydındır ki, başını işlədən hər bir kəs, ikinci kateqoriyaya daxil olmağa can atır. Passiv gəlirlər xoşagəlməz həyat şərtlərini yumşaldır və sizə özünüzü daha inamlı hiss etməyə imkan verir. Passiv gəlir mənbələri fərqli ola bilər: daşınmaz əmlakın kirayə verilməsi, bank depozitləri, səhmlərə investisiya edilməsi və ya daimi müdaxiləyə ehtiyac duymayan, iş qabiliyyətli biznes modeli.

5. Həmişə ehtiyat planı olmalıdır

Müasir dünyada əbədi və sabit heç nə yoxdur. Hətta dəyərli əməkdaşları işdən çıxardır, valyutalar qiymətdən düşür, daşınmaz əmlak ucuzlaşır, banklar bankrot olur. Tamamı ilə yanlışsız strategiya –mifdən başqa bir şey deyil. Zərurət yarandıqda, daima dəyişən şəraitlərə uyğunlaşmağa hazır olmaq lazımdır.

Son xəbərlər
Digər xəbərlər