15 C
Baku
Tuesday, April 16, 2024

Maliyyə hesabatlarının elementləri

Müəllif: Elçin Çobanov, Azfen J.V. Material accountant

Mənbə: Mühasibat uçotu standartları, Maliyyə Nazirliyi

Aktiv – keçmiş hadisələrin nəticəsi kimi müəssisə tərəfindən idarə olunan və müəssisəyə gələcəkdə iqtisadi səmərə gətirə biləcəyi gözlənilən ehtiyatdır (resursdur).

Öhdəlik – müəssisənin keçmiş hadisələrdən yaranmış və iqtisadi səmərəni əmələ gətirən ehtiyatlarının (resurslarının) müəssisədən kənara ахını ilə nəticələnən mövcud borcudur.

 

Каpital – bütün öhdəliklər çıxıldıqdan sonra, müəssisənin xalis aktivlərinin dəyəridir.

Aktivdə təcəssüm olunmuş gələcək iqtisadi səmərə aktivdən istifadə olunması və ya onun xaric olması nəticəsində aşağıda göstərilən formalarda yaranır:

(a) müəssisəyə daxil olması gözlənilən pul vəsaitlərinin və ya onların ekvivalentlərinin potensial artımı;

(b) müəssisədən xaric olması gözlənilən pul vəsaitlərinin və ya onların ekvivalentlərinin potensial azalması.

Aktivdə təcəssüm olunmuş gələcək iqtisadi səmərə bu aktivin satışı, pul vəsaitlərinə və ya onların ekvivalentlərinə çevrilməsi (məsələn, qazanılmış faizlər üzrə debitor borclarının ödənilməsi) və ya ondan istifadə edilməklə istehsal olunmuş məhsulun satışı nəticəsində müəssisəyə daxil ola bilər. Aktivin istifadəsi nəticəsində gələcək iqtisadi səmərənin əldə olunması pul vəsaitlərinin və ya onların ekvivalentlərinin xaric olmasının azaldılması ilə ifadə oluna bilər. Məsələn, müəssisə tərəfindən təmizləyici qurğunun əldə edilməsi nəticəsində ətraf mühitin çirkləndirilməsi üzrə cərimə ödənişlərinin azalması şəklində yaranan qənaətin əldə olunması .

Mənfəət və zərər haqqında hesabatın elementləri

Gəlir – mülkiyyətçilərin kapital qoyuluşu ilə əlaqəli olmayan, lakin kapitalda artım ilə nəticələnən və hesabat dövrü ərzində aktivlərin artması, daxil olması və ya öhdəliklərin azalması şəklində iqtisadi səmərənin artımıdır.

Xərc – mülkiyyətçilər аrаsında kapitalın bölüşdürülməsi ilə əlaqəli оlmаyаn, lakin kapitalın аzаlmаsı ilə nəticələnən, hesabat dövrü ərzində aktivlərin kənara ахını və yа аzаlmаsı və öhdəliklərin artması hesabına baş verən iqtisadi səmərənin аzаlmаsıdır.

Kapitalın saxlanılmasını təmin edən düzəlişlər

Müəssisənin aktivlərinin və öhdəliklərinin dəyərinin yenidən qiymətləndirilməsi və ya yenidən müəyyənləşdirilməsi kapitalda artımı və ya azalmanı yaradır. Bu artımın və ya azalmanın gəlir və xərc anlayışlarına uyğun gəlməsinə baxmayaraq kapitalın saxlanılmasının müəyyən konsepsiyalarına müvafiq olaraq onlar Mənfəət və zərər haqqında hesabatda təqdim edilmir. Bu artım və ya azalma kapitalın saxlanılmasına düzəlişlər və ya yenidən qiymətləndirmə üzrə ehtiyat adı altında müvafiq olaraq Mühasibat balansında və Kapitalda dəyişikliklər haqqında hesabatda əks olunur.

Son xəbərlər
Digər xəbərlər