17 C
Baku
Saturday, May 18, 2024

Maliyyə müdrikliyi…

Bir biznesmen Hindistanda bir kəndə gəlir və yerli meymunların hərəsini 10 dollardan alacağını elan edir. Ətraf meymunla zəngin olduğundan hər kəs meymun tutmağa və onları biznesmenə 10 dollardan satmağa başlayır. Tezliklə kənddə meymun azalır və bizmesmen qiyməti 20 dollara qaldırır.

Əhali təlaşa düşür və tuta bildikləri meymunları 20 dollara satırlar. Ən son qalan meymunlar isə artıq 30 dollardan satılır.

Bundan sonra biznesmen getməli olduğunu və geri döndükdə geri qalan meymunları 50 dollardan alacağını bildirir. O bunu deyir və gedir. Getdikdə isə öz köməkçisini kənddə qoyur.

Köməkçisi isə kəndin əhalisini yanına toplayır və deyir:

-Əhali! Mənim müdirim çox yaxşı insandır. Sizə vəd etdisə, mütləq sözünün üstündə duracaq və geri döndükdə meymunları sizdən 50 dollara alacaq. Yaxşı qazanmaq istəyirsiniz? Ətrafda onsuz daha meymun qalmayıb.

Gəlin, belə edək. Mən əlimizdə olan meymunları sizə 35 dollardan satım. Biznesmen geri döndükdə isə ona 50 dollardan satarsınız və qazanarsınız…

Pul qazanmaq həvəsinə düşən və şirnikləşən kənd əhalisi bütün meymunları geri, 35 dollardan alırlar. Növbəti gün köməkçi də öz biznesmeni kimi yoxa çıxır. Əhaliyə qalan isə çoxlu borc və ətrafda qaynaşan meymunlar olur.

Son xəbərlər
 ⁠
Digər xəbərlər

1 comment

Comments are closed.