18 C
Baku
Tuesday, April 23, 2024

Maliyyə naziri: “Çevik maliyyə buferləri yaradılmalıdır”

“Azərbaycanın dövlət büdcəsində növbəti 6 ay üçün neftin bir barelinin qiyməti 35 ABŞ dollarından götürülür”.

Bunu Maliyyə naziri Samir Şərifov Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasının iclasında deyib.

“Neftlə bağlı vəziyyət aprel-may aylarında daha da gərgin idi, qiymət 13 ABŞ dollarına enmişdi. Prezident İlham Əliyev iqtisadiyyata mənfi təsirlərin azaldılması istiqamətində qabaqlayıcı tədbirlərin görülməsi ilə bağlı müəyyən addımlar atıb. Vaxtında qəbul edilmiş qərarlar iqtisadiyyatda baş verəcək mənfi halların qarşısını alıb. Yaranmış sosial-iqtisadi vəziyyətin problemlərindən biri onun qeyri-müəyyənliyidir. Bu gün dünyada heç kim deyə bilməz ki, xəstəlik nə qədər davam edəcək. Məhz bunları nəzərə alaraq çevik maliyyə buferləri yaradılmalıdır ki, hər hansı yarana biləcək təhdidlərin qarşısı alınsın”, – deyə o, qeyd edib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər