7 C
Baku
Thursday, December 12, 2024

Maliyyə Nazirliyi baş mühasib imtahanında iştirak edəcək bu dərəcə sahiblərin məsələsinə aydınlıq gətirib

Maliyyə Nazirliyinə subbakalavr dərəcəsi alan şəxslər imtahanda iştirak edə bilərlər sualına aşağıdakı formada cavab verilib.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 may 2019-cu il tarixli 237 nömrəli Qərarı ilə təstiq edilmiş “Peşakar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşakar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması Qaydaları”nın 2.10.2-ci bəndində orta ixtisas təhsili məsələsinə aydınlıq gətirib. Belə ki, iqtisadi təhsili olan (diplomun sürəti) və mühasibatlıq sahəsində yalnız azı beş illik iş stajına malik olması üçün  sənədin sürətini təqdim edildikdə baş mühasib üçün təşkil olunan sertifikat imtahanında iştirak edə bilər.

İqtisadi təhsilə hansı ixtisaslar aiddi?

Mühasibat uçotu və audit, maliyyə, bank, dünya iqtisadiyyatı, menecment, marketinq, biznesin idarə olunması və sair. Qeyd olunan ixtisas sahibləri diplomun sürətini təqdim etməklə yanaşı,  mühasib kimi  5 il işləməsini təstiq edən əmək kitabçasının sürətini təqdim etdikdə, imtahan üçün ərizə verə bilər.

Subbakalavr dərəcəsi isə orta ixtisas təhsili pilləsində, məzunlara verilən peşə-ixtisas dərəcəsidir.  Yəni orta ixtisas təhsili sayılır və onlarda ərizə verə bilərlər.

Rauf Qarayev
İqtisadçı – ekspert

sertifikat

Son xəbərlər
Digər xəbərlər