7 C
Baku
Sunday, December 15, 2024

Maliyyə Nazirliyi: Rusiyanın ehtiyatları gələn il qurtara bilər

Əgər iqtisadi islahatlar aparılmasa, Rusiyanın valyuta ehtiyatları artıq 2017-ci ilin sonuna kimi tükənə bilər. “Report”un Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya maliyyə nazirinin birinci müavini Tatyana Nesterenko məlumat verib.

“Əgər heç nə dəyişməsə, gələn ilin sonuna nə ehtiyatımız, nə də əmək haqlarını ödəmək imkanımız olacaq. Ciddi iqtisadi problemlərlə qarşılaşacağıq”, – deyə nazir müavini qeyd edib.

Bundan əvvəl baş prokuror Yuri Çayka maaşlara olan 13,5 mlrd. rubl borcun ödənildiyini açıqlayıb.

Son xəbərlər
Digər xəbərlər