6 C
Baku
Saturday, December 14, 2024

Maliyyə Nazirliyi xəzinədəki “sərbəst qalığın” həcmini açıqladı

Obyektiv səbəblərə görə, hesabat ilinin dövlət büdcəsinin bəzi xərclərinə edilmiş qənaət nəticəsində dövlət büdcəsinin kəsrinin maliyyələşməsi mənbələrindən tam istifadə etmək zərurəti yaranmayıb.

Büdcə kəsiri 1 milyard 78 milyon manat təşkil edib. Bu da proqnoza nisbətən 97milyon və ya 8,3 faiz az olub. Büdcə kəsiri ümumdaxili məhsulun 1,5 faiz həcmində olmaqla, proqnozda nəzərdə tutulandan 0,2 faizdən az olub.

Bunu maliyyə nazirinin müavini Azər Bayramov Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirə zamanı deyib.

Nazir müavini bildirib ki, 2018-ci ilin yanvarın 1-nə olan vəziyyətində dövlət büdcəsinin vahid xəzinə hesabında 1 milyard 644,6 milyon manat sərbəst qalıq vəsaiti olub.

“Həmin vəsait 2018-ci ilin dövlət büdcəsinin kəsrinin maliyyələşməsində dövlət borcunun xidmətlə bağlı yarana biləcək xərclərə ötürülməsi üçün nəzərdə tutulub”.

© Oxu.az

MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər