2 C
Baku
Saturday, December 14, 2024

Maliyyə Nazirliyindən “Azərsığorta”ya yeni təyinat olub

Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkətinin (“Azərsığorta”) Beynəlxalq əlaqələr və təkrarsığorta Departamentinə yeni direktor təyin edilib.

Bu, Rövşən Cəlillidir.

O, bundan əvvəl Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinin xəzinə əməliyyatları şöbəsinin müdir müavini olub və yeni vəzifəsində hazırda “Günay Sığorta” ASC-nin Direktorlar Şurasının üzvü olan Vüqar Babakişiyevi əvəz edib.

Xatırladaq ki, “Azərsığorta” 1991-ci ildə yaradılıb, ölkənin bütün şəhər və rayonlarında təmsil olunan yeganə sığorta şirkətidir. Onun nizamnamə kapitalı 9 mln. manatdır.

© Report

Son xəbərlər
Digər xəbərlər